top of page

ŞİRKƏTLƏR

"Palladium Şirkətlər Qrupu"na daxil olan - "Palladium Defence and Security Solutions" MMC şirkəti  Dövlət orqanları ilə əməkdaşlıq edərək ancaq onların təchizatı ilə məşğuldur. "Palladium Defence and Security Service" MMC (Palladium Müdafiə və Mühafizə Xidməti) şirkəti adından da görsəndiyi kimi  mühafizə xidmətinin təşkili, "Palladium Defence and Security Equipment" MMC (Palladium Müdafiə və Təhlükəsizlik Təchizatı) şirkəti isə Dövlət üçün satılan təchizat ilə yanaşı mülki şəxslər üçün ovçuluq, idman, dağcılıq və digər esktremal şərait üçün nəzərdə tutulmuş əmlakların satışı ilə, "Palladium Marine Engineering Service" MMC (Palladium Dəniz Mühəndisliyi Xidməti) şirkəti hərbi dəniz nəqliyyatı vasitələrinin təmiri, proyektləşdirilməsi, modernləşdirilməsi ilə məşğuldur. Bütün bunlardan başqa Azərbaycanda ilk dəfə olaraq rəsmi şəkildə silahların təmiri ilə məşğul olan "Palladium Firearms Service Center"(Palladium Odlu Silahların Təmiri Mərkəzi) şirkət tərəfindən qurularaq fəaliyyətə başlamışdır.

Palladium Defence and Security Solutions

Şirkətin fəaliyyəti Dövlətin güc strukturları üçün hərbi təyinatlı əmlakların təchizatı, müdafiə və təhlükəsizlik layihələrinin hazırlanmasından ibarətdir.

Palladium Defence and Security Equipment

Şirkətin fəaliyyətinə mülki şəxslər üçün ovçuluq, idman, alpinizm və digər ekstremal şərait üçün nəzərdə tutulmuş əmlakların satışı daxildir.

Palladium Defence and Security Service

Şirkətin fəaliyyəti hər hansı bir obyektin və ya şəxsi mühafizənin təşkilindən ibarətdir.

Palladium

Marine Engineering Service

Hərbi Gəmilərin təmiri, layihələşdirilməsi, modernləşdirilməsi ilə məşğul olan şirkətin yetərincə bu sahədə təcrübəsi vardır.

Palladium Firearms Service Center

Şirkətin xüsusi və mülki silahların təmiri üçün geniş emalatxanası və ehtiyat hissə bazası mövcüddur. Bundan başqa şirkət silah modernləşdirilməsinin də öhdəsindən rahatlıqla gəlir.

bottom of page