HAQQIMIZDA

"Palladium Defense and Security Solutions" MMC şirkəti  2014-cü ildə yaradılıb və mərkəzi ofisi Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən tam Azərbaycan şirkətidir. Müəssisənin yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, şirkət Azərbaycanda və digər xarici ölkələrdə təhlükəsizlik, hüquq-mühafizə və mülki müdafiə sahəsində kifayət qədər əməkdaşlıq əldə etmişdir. Şirkətin bir neçə ölkədə (BƏƏ, Gürcüstan Respublikası, Çexiya, Almaniya və s.) tərəfdaşları vardır. Şirkətin əsas fəaliyyət istiqamətləri mülki bazar və hüquq-mühafizə orqanları üçün mühafizə və təhlükəsizliyə dair tam həll yollarının təminatıdır. Əsas müştərilər Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar Xidməti və hüquq-mühafizə orqanları, kommersiya təşkilatlarıdır. Sharjah, BƏƏ-də və Tiflis, Gürcüstan Respublikasındakı tərəfdaşlarımız tez və rahat şəkildə müştərilərimizə xidmət göstərməyə kömək edirlər.

"Palladium Defense and Security Solutions" MMC ovçuluq, idman, dağ fəaliyyəti və digər ekstremal  şəraitlər  üçün təhlükəsizlik xidməti və satışı həyata keçirir. "Palladium Defense and Security Solutions" MMC müxtəlif növ dəniz nəqliyyat vasitələrinin təmiri, dizaynı və təkmilləşdirilməsində güclü bilik və təcrübəyə malikdir. Azərbaycanda ilk olaraq şirkətimiz xüsusi və ov silahlarının təmirini təşkil etmiş və hazırda fəaliyyətdədir. Təcrübəli heyətimiz yerli və xarici işçilərdən ibarətdir və bütün layihələri yerinə yetirmək üçün əlindən gələni edir.

 

Şirkətlər qrupu aşağıdakı sahələrdə ixtisaslaşmışdır:

 

Hüquq Mühafizəsi

Aviasiya Təhlükəsizliyi

VIP Nəqliyyat vasitələri

Sərhəd Təhlükəsizlik Sistemləri

Neft boru kəmərləri Təhlükəsizlik sistemləri və Həlli Yolları

Dəniz Limanı Təhlükəsizlik Sistemləri və Həlli Yolları

Dəniz nəqliyyat vasitələrinin Təmiri

Mülki Əmlak Təhlükəsizlik Sistemləri və Həlli Yolları

Bina Təhlükəsizliyi Sistemləri

Partlayıcı Vasitələrin Zərərsizləşdirilməsi Vasitələri

Fövqəladə Vəziyyətlərin İdarəedilməsi Sistemləri

Şəhər Təhlükəsizliyi Sistemləri

                        

və digər təhlükəsizlik sistemləri.

© 2016 - Palladium Group of Companies